Sentyabrın 14-də XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçiriləcək.
Kulis.az xəbər verir ki, mühazirədə paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs ediləcək.
Qeyd edək ki, Azərbaycan dilində aparılacaq mühazirədə hər kəs iştirak edə bilər.