“Aldanmış ər” tamaşasının premyerası olacaq

“Aldanmış ər”  tamaşasının premyerası olacaq
19 yanvar 2026
# 15:20

Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının şah əsərlərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud aldanmış ər” pyesi əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, dövlət sifarişi ilə səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadə, quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.

Yeni səhnə əsəri klassik fransız komediyasının ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik quruluş və parlaq aktyor ifaları ilə tamaşaçılara təqdim olunur.

Səhnə əsərində rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa edəcək.

Əsərin mövzusu kəndli təbəqəsindən olan, lakin var-dövlət hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik taleyidir.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər