Şairlərin ən gözəli - FOTOLAR

Şairlərin ən gözəli - <span style="color:red;">FOTOLAR
5 iyun 2015
# 10:20

Onu şairlərin ən gözəli deyə xatırladıq həmişə.

Əgər “Şair necə olar" sualına cavab axtarsaq, şübhəsiz ki, ilk ağla gələn O olacaq...

Şeirləriylə...

Yaraşığıyla...

Taleyiylə...

Həyatla dolub-daşan, sevib-sevilməkdən, yaşayıb-yaratmaqdan doymayan, “dostdan-aşinadan əl çəkə bilməyən” Müşfiq...

Şeirləri xəfif bahar küləyi kimi oxşayır insan qəlbini...

Onu tük qədər incitmir, əziyyətə salmır...

Nisgili də gözəldir, dərdi də, ağrısı da...

Oxuduqca, hardasa, nə yaxşı bu dərd varmış ki, Müşfiqə bu cür şeirlər yazdırıb deməkdən özünü saxlaya bilmirsən.

Sən də onun ovxarlı xəyalı kimi süzürsən səmalarda

Müşfiq ağırlıq gətirmir adama...

Sanki güllələnəndə də yerə yıxılmayıb, göyə uçub...

Sanki boğazına daş bağlanıb dənizə atılan da O olmayıb.

Bəlkə həqiqətən də belədir?

Ona görə cəsədi də tapılmadı.

İsa kimi...

Mehdi kimi...

Hadi kimi...

Maddiləşmədi Müşfiq.

Göyün lacivərd ətəklərinə çəkildi.

Əbədi yaşamaq üçün...

Şeirləri ilə yanaşı...

# 1130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #