YUĞ köçür - YENİLƏNİB

YUĞ köçür - <span style="color:red;">YENİLƏNİB
14 yanvar 2016
# 14:32

Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət YUĞ Teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək.

Onu da qeyd edək ki, YUĞ Teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.

14.32

“YUĞ Teatrının köçürülməsi dəqiq deyil”

Bu sözləri Azərbaycan Dövlət YUĞ Teatrının Murtuza Muxtarov, 83 ünvanında yerləşən binasının sökülməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirən teatrın direktoru Tərlan Rəsulov Kulisə söyləyib.

O, bildirib ki, bu məsələ müzakirə olunur, nəticələr barədə mətbuata məlumat veriləcəkdir.

Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində aparılan söküntü işləri ilə əlaqədar Dövlət YUĞ Teatrının binasının sökülməsi gözlənilir.

# 853 dəfə oxunub

Müəllifin son yazıları

# # #