Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək
27 iyul 2019
# 12:10

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və tanınmış gürcü pianoçu Xatia Buniatişvili çıxış edəcək.

Konsert proqramında Fikrət Əmirov, Niyazi və Elmira Nəzirovanın əsərləri ifa olunacaq./azertag.az/

# 2756 dəfə oxunub

Müəllifin son yazıları

# # #