İşləyənlər daha çox içir - ARAŞDIRMA

İşləyənlər daha çox içir - ARAŞDIRMA
16 yanvar 2015
# 15:57

Dünyanın 14 ölkəsini təmsil edən alimlər tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, insanın gündəlik işə sərf etdiyi vaxtla onun spirtli içkilərə aludəçiliyi dərəcəsi arasında birbaşa asılılıq müəyyən edilib.

Alimlərə görə, iş yerində həftədə 48 saatdan çox vaxt keçirən kişi və qadın işçilər spirtli içkilərdən daha tez-tez istifadə edirlər.

Bundan əvvəl belə bir rəy geniş yer almışdı ki, 48 saatdan artıq iş həftəsi insanda ürək-damar, depressiya, narahatlıq, yuxusuzluq və bu kimi digər xəstəliklərin riskini artırır.

Bütün bu xəstəliklər alkoqol istehlakı ilə əlaqələndirilirdi, lakin çox işləməklə spirtli içkilərə aludəçilik arasında birbaşa bağlılıq müəyyən edilməmişdi.

Yeni elmi tədqiqat Britaniyada nəşr olunan tibbi jurnalda dərc edilib.

Tədqiqat Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Yeni Zelandiya, ABŞ, Tayvan, İsveç kimi inkişaf etmiş iqtisadiyyatlar da daxil 14 ölkə üzrə keçirilib.

Həmin ölkələrdən 400 min nəfər tədqiqat çərçivəsində müşahidədən keçirilib.

Tədqiqatın nəticələrinə görə, çox işləyənlər arasında alkoqolizm riski normal iş həftəsi olanlarla müqayisədə bütövlükdə 11% artıq olub.

Həftədə 48 iş saatı əvəzinə 49-54 saat çalışanların həftədə 35-40 saat işləyənlərlə müqayisədə alkoqolizmə meyllilik riski 13% çox çıxıb.

Spirtli içkilərin riskli istehlakı, araşdırmalara görə qadınlar üçün 14, kişilər üçün isə 21 alkoqol vahidinə bərabədir, müvafiq olaraq bu miqdar qadınlar üçün 1220 ml qırmızı şərab deməkdir isə, kişilər həmin risk həddilə, misal üçün, bir həftəyə 4 litr pivə içdikdən sonra üzləşirlər.

Həkimlərin xəbərdarlıq etdiyinə görə, qeyd olunmuş miqdarda alkoqolun qəbulu qaraciyər və ürək xəstəliyi, xərçəng və psixi pozğunluqların riskini xeyli dərəcədə artırmış olur.

bbc

# 918 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #