“Limanlar” – UNUDULMAZ MAHNILAR

“Limanlar” – <span style="color:red;">UNUDULMAZ MAHNILAR
28 dekabr 2016
# 11:34

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

Musiqisi Rəşid Nəsiboğluna, sözləri Adil Rəsula aid olan “Limanlar” mahnısını xalq artisti Mirzə Babayevin ifasında təqdim edirik.

Sözləri

Bir səhər Sən idin, bir liman, bir də mən
Sən getdin tək qaldı bir liman, bir də mən

O gündən göy sular göy nəğmə oxudu
O gündən ürəyim limanda uyudu...

Limanlar ayırsalar ümidsiz sevgiləri
Limanlar qovuşdurar yol gözləyən gözləri...

Bir səhər bəlkə sən limana dönərsən
Gözlərik yolunu bir liman, bir də mən...

# 2632 dəfə oxunub

Müəllifin son yazıları

# # #