50 ilin ən gözəl sevgi şeiri Nazim Hikmətdən oldu

50 ilin ən gözəl sevgi şeiri Nazim Hikmətdən oldu
3 iyul 2014
# 11:12

Londonda yerləşən “Southbank Center” adlı Sənət Mərkəzi son 50 ilin ən gözəl sevgi şeirlərini seçib. Kulis.Azın hurriyet.com.tr.-yə istinadən verdiyi məlumata görə Səudiyyə Ərəbistanından tutmuş Nigeriyaya qədər 30 ölkədən olan şairlərin yer aldığı siyahıda Nazim Hikmət də var.

“Southbank Center”in şeir sahəsində olan mütəxəssisləri əsasən modern dövrə üstünlük veriblər. Siyahının hazırlanmasında iştirak edən James Runcie “Beynəlxalq və üslub baxımından da çoxçeşidli olan bir siyahı yarandı. Çətini 50 şeiri seçməkdi.”-deyib.

Şeirlər 20 iyul tarixində Southbank Sənət Mərkəzində təşkil olunacaq tədbirdə oxunacaq. Şeirlər aralarında aktyorların da olduğu 50 nəfər tərəfindən səsləndiriləcək.

Nazim Hikmətin “Sevərmişəm məgər” şeiri də daxil olmaqla bəzi şeirlər ana dilində səsləndiriləcək. Tədbir ingilis şair Ted Hyuqsın 1967-ci ildən təşkil etdiyi, iki ildə bir dəfə keçirilən Beynəlxalq Şeir və Sevgi Festivalının bir hissəsi olacaq.

Kulis.Az Nazim Hikmətin siyahıda yer alan şeirini təqdim edir.

Severmişim meğer

yıl 62 Mart 28

Prag-Berlin treninde pencerenin yanındayım

akşam oluyor

dumanlı ıslak ovaya akşamın yorgun bir kuş gibi

inişini severmişim meğer

akşamın inişini yorgun kuşun inişine

benzetmeyi sevmedim

toprağı severmişim meğer

toprağı sevdim diyebilir mi onu bir kez olsun sürmeyen

ben sürmedim

Platonik biricik sevdam da buymuş meğer

(...)

zifiri karanlıkta gidiyor tren

zifiri karanlığı severmişim meğer

kıvılcımlar uçuşuyor lokomotiften

kıvılcımları severmişim meğer

meğer ne çok şeyi severmişim de altmışında

farkına vardım bunun

Prag-Berlin treninde yanında pencerenin

yeryüzünü dönülmez bir

yolculuğa çıkmışım gibi seyrederek

NÂZIM HİKMET / 19 Nisan 1962

# 9231 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #