“X-Lady” romanının təqdimat mərasimi keçiriləcək

“X-Lady” romanının təqdimat mərasimi keçiriləcək
20 noyabr 2014
# 12:48

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun "X Lady" konsultativ romanının təqdimat mərasimi keçiriləcək. Kulis.Az-ın məlumatına görə mərasim noyabr ayının 23-ü, saat 12:00 - da kitabevim.az –da təşkil olunacaq.

Elnur Rüstəmov açıqlamasında bildirib ki, Roman konsultativ roman janrında qələmə alınıb: “Bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixologiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”

# 1123 dəfə oxunub

Müəllifin son yazıları

# # #