Çılpaq qadın əsəri 170 milyon dollara satıldı

Çılpaq qadın əsəri 170 milyon dollara satıldı
10 noyabr 2015
# 11:07

İtalyan rəssamı və heykəltəraşı Amadeo Modilyaninin “Uzanmış çılpaq qadın” tablosu Nyu-Yorkda keçirilən Kristi hərracında 170,4 milyon dollara satılıb. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə rəsmin ilkin qiyməti 100 milyon dollar imiş.

Modilyaninin əvvəlki əsərləri 71 milyondan baha satılmayıb.

Rəssam “Uzanmış çılpaq qadın” əsərini 1918-ci ildə tamamlayıb.

# 972 dəfə oxunub

Müəllifin son yazıları

# # #