Tur Heyerdalın sevdiyi Azərbaycan rəssamı

Tur Heyerdalın sevdiyi Azərbaycan rəssamı
8 iyun 2015
# 15:50

Senet.az rəssam Yusif Mirzənin həyat və yaradıcılığı haqqında məlumatı təqdim edir:

Yusif Mirzə 1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. 1976-cı ildə Bakı Pedaqoji İnstitutunun Qrafika fakültəsinə daxil olub. 1981-ci ildə rəssamlıq fakültəsini bitirib. (İpək Yolu)

1981 – 1985-ci illərdə Laçın Xalq Teatrında rəssam işləyib. (Kölgələr)

1987-ci ildə, Bakıda, “Ölkənin Gəncləri” adlı sərgidə, 1990-cı ildə Qazaxıstanda keçirilmiş “Xəzər – Dostluq Dənizidir” adlı sərgidə iştirak edib. (Nabranda)

Onun əsərləri Riqada, Abu-Dabidə, İstanbulda, Ankarada, Osloda, Nikosiyada nümayiş olunub.

Yusif Mirzənin işləri ABŞ, İngiltərə, Finlandiya, Norveç, İsveç, Türkiyə, İran, Kipr, Latviya kimi ölkələrdə özəl kolleksiyalarda saxlanılır. (Dörd fəsil)

Müxtəlif üslublarda işlənmiş rəsm əsərləri dünyanın 20-dən artıq ölkəsində çeşidli qalereyalarda sərgilənib. (Nostalgiya)

Məşhur norveçli səyyah Tur Heyerdal Azərbaycana səfəri zamanı Yusif Mirzənin rəsmləri ilə tanış olub, rəssamın yaradıcılığını yüksək qiymətləndirib, öz şəxsi muzeyi üçün müəllifin bir neçə əsərini satın alıb.

# 1238 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #