Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı

Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı
23 oktyabr 2026
# 15:00

Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı müğənni Conidə (Cahid Hüseynli) nadir genetik xəstəlik — ailəvi Aralıq dənizi qızdırması (FMF) aşkarlanıb.

Kulis.az xəbər verir ki, bu barədə Rusiyanın "Mash" Teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

İnfeksiyasız qızdırma və ağrılar

Sentyabr ayında xəstəxanaya yerləşdirildikdən sonra kəskin arıqlayan və yüksək hərarətdən şikayətlənən 30 yaşlı sənətkarın hazırda ev şəraitində müalicə aldığı bildirilir.

"Mash"ın məlumatına görə, keçirilən genetik test Cahid Hüseynlidə infeksiya olmadan belə yüksək hərarət, əzələ, oynaq və qarın nahiyəsində ağrılarla müşayiət olunan xəstəliyi üzə çıxarıb. Bu irsi xəstəlik zamanı orqanizmdə heç bir kənar virus və ya bakteriya olmadan yalançı iltihab tutmaları baş verir.

Bununla belə, müğənninin nümayəndələri "Mash" kanalına verdikləri açıqlamada iddiaları təkzib edərək, sənətkarın səhhətində heç bir ciddi problem olmadığını bildiriblər.

Qafqaz regionunda daha çox yayılıb

Qeyd edək ki, ailəvi Aralıq dənizi qızdırması əsasən Aralıq dənizi və Zaqafqaziya (Cənubi Qafqaz) sakinlərində rast gəlinir. Statistikaya görə, bu regionlarda təxminən hər 500-1000 nəfərdən birində bu xəstəliyə təsadüf olunur. Müqayisə üçün, Şimali Avropa ölkələrində bu genetik pozuntuya 48 min nəfərdən yalnız birində rast gəlinir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər