Dünyaca məşhur əsər Azərbaycan dilində

Dünyaca məşhur əsər Azərbaycan dilində
27 sentyabr 2017
# 17:05

Mirzə Kazımbəyin dünyaca məşhur olan əsəri Azərbaycan dilində çapdan çıxıb

Kulis.Az AMEA-nın saytına istinadən xəbər verir ki, böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin dünyaca məşhur “Türk-tatar dilinin qrammatikası” əsəri bu günlərdə Azərbaycan dilində geniş şərhlərlə çapdan çıxıb.

Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib.

Kitabın elmi məsləhətçisi akademik Tofiq Hacıyev, elmi redaktorları - professor Buludxan Xəlilov və Dilçilik İnstitutunun dissertantı Elnurə Abbasovadır.

Yeni nəşr türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçilik sahələrinin öyrənilməsi baxımından dəyərli mənbədir.

# 1220 dəfə oxunub

Müəllifin son yazıları

# # #