Məşhur türk aktyor sənətindən imtina etdi

Məşhur türk aktyor sənətindən imtina etdi
3 sentyabr 2015
# 09:31

Məşhur türk sənətçisi Engin Günaydın aktyorluğu buraxıb. Kulisin türk mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə aktyor özü məlumat verib.

“Avropa yaxası” serialındakı rolu ilə tanınan Günaydın daha sonra müxtəlif filmlərə dəvət olunmuşdu. Aktyorun sonuncu çəkildiyi serial isə “qalib Dərviş “ adlanırdı. Engin Günaydın rejissor Zeki Demirkubuzun “Yeraltı” və başqa filmlərdə də oynayıb.

Aktyor bildirib ki, daha nə seriallarda, nə də filmlərdə oynayacaq: “Mən aktyorluğu buraxdım. 20 il oldu, bəs edər. Hər şeyin öz ömrü var. Bundan sonra dincəlmək lazımdır. Bir daha aktyorluq etməyəcəm. ”

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #