İnternetdə film izləmək asan olmayacaq

İnternetdə film izləmək asan olmayacaq
20 aprel 2015
# 10:52

Rusiyada hüquq sahibləri 700-dən artıq pirat video saytların siyahısını hazırlayıb.

Bu barədə kulis rus mətbuatına istinadən xəbər verir. İri onlayn kinoteatrlar runetini özündə birləşdirən “İnternet-video” Assosiasiyasının rəhbəri Aleksey Bırdinin sözlərinə görə, bu saytlar müəllif hüquqlarını pozmağa davam edərlərsə, onları ömürlük blok edəcəklər.

“İddianı hüquq sahibləri özləri və ya onların antipirat fəaliyyəti ilə məşğul olan etibarlı podradçılar qaldıra bilər”- deyə “İnternet-video”nun rəhbəri söyləyib.

Rusiyada piratçılıq əleyhinə qanun mayın 1-dən qüvvəyə minir. Rusiyanın Kino və televiziya prodüserləri assosiasiyasının sədri Aleksandr Akopov piratların işinin bağlanmaq zamanı gəldiyini və bu işdə onlara “İnternet-video” assosiasiyasının kömək edəcəyini söyləyib.

Bırdinin sözlərinə görə, ümumi siyahıda 700-dən artıq sayt var. O, iddia qaldırılan 5 saytın adını çəkib: kinogol.net, bobfilm.net, kinozal.tv, zerx.tv, intv.ru.

# 1409 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #