Fərda və Elməddin yeni filmə çəkilir

Fərda və Elməddin yeni filmə çəkilir
20 iyun 2014
# 17:56

Azərbaycanda “Mozart media group” tərəfindən "Xoxan” adlı yumoristik film çəkilir.

Kulis.az-ın xəbərinə görə, bu haqda axsam.az saytına aktyor Fərda Xudaverdiyev məlumat verib. O, Samir Kərimoğlunun rejissorluğu ilə çəkilən ekran işini Azərbaycanda ən yüksək büdcəsi olan film adlandırıb:

“Ekran işində mən, Ələsgər Məmmədoğlu, Elməddin Cəfərov, bloqqer Aynur, aparıcı Şəhriyyar Əbilov və başqaları rol alıb. Filmi Zaur Mirzəzadə və Orxan Mərdan ərsəyə gətirir. Əminliklə deyə bilərəm ki, bu, indiyə kimi Azərbaycanda çəkilən ən keyfiyyətli, səviyyəli filmdir. Altı gündür, çəkilişə başlamışıq. İşıq, məkan, vasitələr - hər şey ən yüksək səviyyədədir. Hazırda Azərbaycanfilm sahəsindəki ən bahalı ekran işi budur. Belə bir yaradıcı heyətlə çalışdığım üçün çox xoşbəxtəm. “Xoxan”ın təqdimatı sentyabrda olacaq”.

# 1906 dəfə oxunub

Müəllifin son yazıları

# # #