Əkrəm Əylisli Rəşad Məcid qalmaqalı

Əkrəm Əylisli Rəşad Məcid qalmaqalı
12 iyun 2013
# 13:21


Dünən “Pen Klub” verilişində Əkrəm Əylisli ilə AYB-nin gənclər katibi Rəşad Məcid arasında qalmaqal yaşanıb.

Kulis.Az-ın məlumatına görə AYB-dəki istefaların müzakirə edildiyi verilişdə Rəşad Məcid “Daş yuxular” əsərini tənqid etdikdə Əkrəm Əylisli əsəbiləşib: “Sən nə qanırsan əsər nədir? Sən nə qanırsan Azərbaycan ədəbiyyatı nədir? Bir hekayə yazmısan, mənə də deyiblər ki, o hekayə haqda müsbət fikir de. Keçmişini niyə unudursan?”

Rəşad Məcid də cavabında Əkrəm Əylislini xıltlı olmaqda ittiham edib: “Yazıçı olmaq üçün istedad lazımdır, əmək lazımdır. Amma xıltsız, kinsiz iç lazımdır. Siz o vaxt bir yazıçı haqqında demişdiniz ki, Azərbaycan dilində bu qədər gözəl danışan adam pis adam ola bilərmi? Mən də sizinlə razı idim. Amma indi görürəm ki, ola bilərmiş. ”.

# 2507 dəfə oxunub

Müəllifin son yazıları

# # #