Teatrımızın səhnəsində “Kənd namusu”

Teatrımızın səhnəsində “Kənd namusu”
8 aprel 2019
# 12:09

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan Pyetro Maskanyinin “Kənd namusu” növbəti dəfə operasevərlərə təqdim olunacaq.

Teatrdan bildirilib ki, almaniyalı rejissor Lüdviq Baumannın quruluşda baxılan səhnə əsərində rolları Qərinə Kərimova, Samir Cəfərov, Taleh Yahyayev, Nina Makarova və Səbinə Vahabzadə ifa edəcək.

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsərinin əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi, əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.

# 2381 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #