MKM-də internet səsvermə başladı

MKM-də internet səsvermə başladı
17 may 2013
# 16:07

Bu gün saat 15.30-dan etibarən Milli Kitab Mükafatında internet səsvermə başlayıb. Onluğa düşən əsərlərin hər birindən bir parça “Əli və Nino”-nun Facebook profilində(https://www.facebook.com/aliandnino.azerbaijan) yerləşdiriləcək.

Oxucular həmin parça ilə tanış olaraq, istədikləri bir neçə əsərə səs verə bilərlər. Səsvermə mayın 20-i saat 10.00-a qədər davam edəcək. Səsvermə nəticəsində qalib gələn yazıçı xüsusi diplom ilə təltif olunacaq.

Qeyd edək ki, internet səsvermə ayrıca keçirilir.

# 1767 dəfə oxunub

Müəllifin son yazıları

# # #