"Nabat" “Oskar”a təqdim olundu

"Nabat" “Oskar”a təqdim olundu
10 oktyabr 2014
# 10:57

Rejissor Elçin Musaoğlunun “Nabat” filmi “Oskar” mükafatına təqdim olunub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, film indiyə qədər bir neçə nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb.

Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri oynayıblar.

# 2043 dəfə oxunub

Müəllifin son yazıları

# # #