Ayxan Ayvaz AYB-dən çıxarılır

Ayxan Ayvaz AYB-dən çıxarılır
26 yanvar 2015
# 13:45

Gənc yazar Ayxan Ayvazın Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxarılması məsələsi bu həftə katiblikdə müzakirə edilərək müvafiq qərar çıxarılacaq.

Bu barədə Kulis.az-a AYB-dəki etibarlı mənbələrdən məlumat verilib.

Kulis.az məsələ ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxlayıb.

Xəyal Rza deyib ki, sözünü etdiyiniz şəxsin AYB-dən xaricedilmə məsələsi müzakirə olunmur. O bildirib ki, AYB-nin məsələ ilə bağlı münasibəti artıq mətbuatda açıqlanıb: "Gələcək barədə proqnoz vermək isə çətindir".

# 907 dəfə oxunub

Müəllifin son yazıları

# # #