Kulis film tarixinin ən maraqlı faktlarını təqdim edir.
1. 1929-cu ildən əvvəl çəkilən Amerika filmlərinin 90 faizindən çoxu itib, onların heç bir surəti və ya fraqmenti qalmayıb.
2. “Yura dövrünün parkı” filmində dinozavrların səsi əvəzinə tısbağaların cütləşərkən çıxardığı səsdən istifadə olunub.
3. “Xaç atası” kitabında tez-tez işlənsə də gerçək mafiyanın istəyi ilə filmdə “mafiya” sözü bir dəfə də səslənməyib.
4. “Titanik” filminin büdcəsi batan tarixi Titanik gəmisinin qiymətindən daha artıqdır.
5. Brüs Li o qədər çevik imiş ki, onun etdiyi hərəkəti görə bilmək üçün yavaşıdılmış sürət rejimində (Rapid) çəkilişlər aparılıb.
6. Kventin Tarantinonun “Kriminal qiraət” filmində 265 dəfə “fuck” kəlməsi işlənir.
7. Zamana səyahət mövzusunda film və seriallar Çində qadağan olunub.
8. “Qravitasiya” filminin büdcəsi Hindistanın Marsla bağlı apardığı tədqiqata xərclədiyi puldan çoxdur.
9. 2014-cü ildə çəkilən 110 dəqiqəlik “Qodzilla” filmində Qodzilla sadəcə 8 dəqiqə görünüb.
10. Ceyms Kameron “Ulduz müharibələri” filminə baxdıqdan sonra yük maşını sürücüsü işini atıb, film sektoruna gəlib.
11. “Roki” filmi 28 günə çəkilib.
12. Brus Uillis aktyor olmamışdan əvvəl detektiv işləyirdi.
13. Riçard Girin göbək adı Tiffani idi.
14. “Xaç atası” filminin bir səhnəsində istifadə edilən qanlı at başı gerçək idi.
15. “Ulduz müharibələri”dəki Yoda obrazını yaradanlar Alber Eynşteyndən təsirlənmişdilər.
16. Arnold Şvartnegger “Terminator 2” filmində dediyi hər sözə görə 22 min dollar qazanıb.
17. Silvester Stallone pulsuzluq ucbatından itini 50 dollara satır. Lakin bir həftə sonra Roki ssenarisi alıcı tapan kimi iti 3 min dollara geri alır.
18. Çarli Çaplin Akademiyanın Fəxri mükafatını alanda 12 dəqiqə alqışlanıb.
19. Ceyms Kameron “Terminator” filminin ssenarini yazanda evsiz idi və filmin hüquqlarını özü çəkmək şərti ilə bir dollara satmışdı.
20. Hesablamalara görə Oskar nitqlərində Allahdan çox Stiven Spilberqə təşəkkür edilib.
21. Amerika film sənayesi Tomas Edisonun patentlərinə pul ödəməmək üçün Nyu-Yorkdan Los-Ancelesə köçməyə məcbur olub.
Onedio.com