Şuşa haqqında unikal şeir - Bazar Oxusu

Şuşa haqqında unikal şeir - Bazar Oxusu
16 iyun 2019
# 12:01

Kulis.az "Bazar oxusu" layihəsindən Qulu Ağsəsin “Şuşa” şeirini təqdim edir.

Özün dağ başına qoyan şəhərin

ayağın Xankəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri tay-keş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

Kim idi qalxan o boyda dağı? -

yağışdan sallanıb enirdi qonağı.

Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin...”

# 2771 dəfə oxunub

Müəllifin son yazıları

# # #