Şair Aqşin Yeniseyin sosial şəbəkədə yeni fotosu yayılıb. O, öz oğlunu gəzdirərkən şəkil çəkdirib. Yayımın şərh bölümündə şairin dostları onunla bağlı şeirlər yazıblar. Kulis.Az həmin şeirləri təqdim edir.
Turxan Qarışqa
Ata sabaha baxır!
Arzulamır keçmişi!
Çox gözəl mənzərədir,
Uşaq gəzdirən kişi!
Murad Kohneqala:
Ata şeiri
Səhər-səhər duranda
Sulayıram ulağı.
Sonra da kolyaskada
Gəzdirirəm uşağı...
Xalid Kazımlı:
Ana şeiri
Səhər açılan kimi
Çıxıram mən eşiyə.
Əziz, madar balamı
Şəlləyirəm kişiyə.
Nəsimi Nəbizadə:
Bala şeiri
Ata, səni sevirəm,
ana, səni sevirəm..
pamperslləri çox alın,
mən yerimə siyirəm..
Murad Kohnəqala:
Uşağın şeiri
Hər ikimiz kişiyik
Mənzil bizi bezdirər
Anam pampers geydirər
Atam məni gəzdirər
Xalid Kazımlı:
Dostların şeiri
Aqşini belə gördük,
Açıldı ürəyimiz.
Bunu yumaq gərəkdir,
Hə desə ciyərimiz..
Nəsimi Nəbizadə:
Aqşinin şeiri
Daha qoca kişiyəm,
bir oğlum da var mənim.
"Zolotoy kolso" görsə,
başıma vurar mənim...
Murad Kohnəqala:
Ananın şeiri
Mənim şair yoldaşım
Yaxşı bilir işini.
Özünüz alkaşsınız,
İçirtməyin kişini.
Murad Kohnəqala:
İgidayın şeiri
Çox mehribandır atam
Baxmayaraq səydi bu
Şeiri dillər əzbəri
Aqşin Yeniseydi bu