Seyran Səxavət haqda kitab çıxdı

Seyran Səxavət haqda kitab çıxdı
23 iyul 2021
# 14:30

“Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi kitab şair, nasir, tərcüməçi Seyran Səxavətə həsr edilib.

Göstəricidə yazıçının kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən materiallar əhatə olunub.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın tərtibçiləri Xeyransa Abbasova, Gülbahar Misirova, elmi redaktoru professor Kərim Tahirov, redaktoru isə Elnur Nəciyevdir.

# 2124 dəfə oxunub

Müəllifin son yazıları

# # #