Məzarda rahat uyu – Günün şeiri

Məzarda rahat uyu – Günün şeiri
18 iyun 2020
# 10:57

19 iyun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür. Kulis.az bu münasibətlə Qorxmaz Şıxalıoğlunun qəhrəmana həsr etdiyi şeiri təqdim edir.

Mübariz İbrahimovu düşünərkən

Salam, şair Abbas Səhhət!
Yüz il əvvəl,
“Vətən” şeirini yazanda, yəqin
daha çox Mübarizi düşünmüşdün.
Onda, bəlkə də,
bir az da ümidsizləşmişdin:
“Görən bu şeirim çatacaqmı
onun əlinə?” demişdin…
Gözün aydın, Abbas Səhhət!
Məzarda rahat uyu, rahat yat.

Biləsən:

Sən dediyin o cavana,
düşmənə qan udduran
Ağakərim oğlu Mübarizə
gəlib çatdı “Vətən” şeirin.

# 2244 dəfə oxunub

Müəllifin son yazıları

# # #