Sevgilim keçən yerdən bütün şəhər yeriyir – Günün şeiri

şair İslam Səfərli

şair İslam Səfərli

6 noyabr 2021
# 13:20

Bu gün tanınmış şair İslam Səfərlinin anım günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən şairin "Bakı, sabahın xeyir" şeirini təqdim edir.

Qayıdıb xoş güzərdən,
Günəş qalxır Xəzərdən.
Sevgilim keçən yerdən,
Bütün şəhər yeriyir
Bakı, sabahın xeyir!

Hörükləri qaradır,
Qaşları ayparadır.
O bir aləm yaradır,
Hamı ürəkdən deyir:
Bakı, sabahın xeyir!

Xumarlanır ləpələr,
Gülür mehriban şəhər.
Sevgilim səhər-səhər
Zər şəfəqdən don geyir,
Bakı, sabahın xeyir!

# 8031 dəfə oxunub

Müəllifin son yazıları

# # #