Sənin gözlərinin dərinliyində... - Günün şeiri

Sənin gözlərinin dərinliyində... - Günün şeiri
20 fevral 2026
# 12:00

Bu gün şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "İstərəm" şeirini təqdim edir.

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər