İstəsəydim səni səndən alardım - Günün şeiri

Mirvarid Dilbazi, Xalq şairi

Mirvarid Dilbazi, Xalq şairi

12 iyul 2026
# 11:56

Bu gün Xalq şairi Mirvarid Dilbazinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "İstəsəydim" şeirini təqdim edir.

İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə calardım,
Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.

İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir .

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər