“Züleyxa gözlərini açır” filminin aktyoru vəfat etdi

“Züleyxa gözlərini açır” filminin aktyoru vəfat etdi
12 iyun 2023
# 14:40

Rusiyalı aktyor, Başqırdıstan Respublikasının Əməkdar artisti Xakim Murtazin 49 yaşında dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Xakim Murtazin 1975-ci il martın 14-də Başqırdıstanda anadan olub. 1996-cı ildə Ufa Dövlət İncəsənət İnstitutunu (indiki Z.İsmaqilov adına Ufa Dövlət Rəssamlıq Akademiyası) bitirib. Bir il Salavat teatrında işləyib. 1997-ci ildə M.Başqırd Dövlət Akademik Dram Teatrının truppasına qəbul olunub.

O, “Çəkməli pişik”, “Zümrüd şəhərin sehrbazı”, “Ural Batır”, “Züleyxa gözlərini açır” filmlərində rol alıb.

Murtazin bir sıra konsertlərin və tədbirlərin aparıcısı olub. 2010-cu ildə aktyor Başqırdıstanın Əməkdar artisti adını alıb.

# 903 dəfə oxunub

Müəllifin son yazıları

# # #