Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi
27 iyul 2026
# 15:30

Olimp dağı UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, Yunanıstanın 12 illik təşəbbüsü nəticəsində Olimp dağı Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında yekdilliklə siyahıya alınıb.

"Fövqəladə ümumbəşəri dəyərə" malik təbiət və mədəniyyət obyekti kimi qəbul edilən dağ rəsmən bütün bəşəriyyətin ortaq irsi elan olunub.

Həmçinin komitənin eyni sessiyasında Normandiya desantının çıxarıldığı 5 sahil, Yaponiyanın qədim paytaxtları Asuka və Fucivara və Özbəkistanın Daşkənd şəhərinin modern memarlıq irsi də sözügedən siyahıya əlavə edilib.

Qeyd edək ki, hündürlüyü 2918 metr olan Olimp dağı Yunanıstanın ən hündür zirvəsidir və qədim yunan mifologiyasına görə, Zevs başda olmaqla 12 tanrının məskəni sayılır.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər