İstanbulun məşhur "Tersane İstanbul" məkanında 2026-cı il sentyabrın 23-dən 27-dək keçiriləcək "Contemporary Istanbul" müasir incəsənət yarmarkası bu il 16 ölkədən 70 qalereya və yüzlərlə sənətçini bir yerə yığacaq.
Kulis.az xəbər verir ki, yarmarkada 22 qalereya ilk dəfə iştirak edəcək və Asiya sənət səhnəsinə fokuslanan "Focus: Asia" bölməsi daxil olmaqla sahil xəttində və tarixi binanın müxtəlif nöqtələrində böyük heykəllər, interaktiv layihələr və xüsusi instalyasiyalar nümayiş olunacaq.
Proqram çərçivəsində yapon rəssamı Çisato Matsumotonun dənizçilik keçmişinə həsr etdiyi "Sail of Light" layihəsi, ispan heykəltaraşı Xaume Plensanın Haliç sahilində ucaldılan 7 metrlik "Juana" heykəli və Hollivud ulduzu Conni Deppin ailə xatirələrindən ilhamlanaraq ərsəyə gətirdiyi "The Bunnyman" adlı sənət əsəri sənətsevərlərə təqdim ediləcək.
Eyni zamanda, 2026-cı ildə dünyasını dəyişmiş rəssam Mustafa Xorasanın mirası xüsusi guşə ilə yad ediləcək.
"BMW", "Samsung", "THY" və digər beynəlxalq brendlərin sənətçilərlə birgə hazırladığı texnoloji, rəqəmsal və ekoloji layihələr "Tersane İstanbul"un açıq və qapalı sahələrində sərgilənəcək.
Yüzlərlə sənətçi incəsənət yarmarkasında iştirak edəcək