Arzu Eyvazov: “Yatanda gözəl”-Ən qısa hekayə

Arzu Eyvazov: “Yatanda gözəl”-Ən qısa hekayə
17 dekabr 2013
# 22:00

Kulis.Az Arzu Eyvazovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yatanda gözəl” (422 işarə) hekayəsini təqdim edir.

Hamını bezdirib, gün uzunu altında oturduğu çinarda yuva qurmuş sərçəni də. Görən kimi uşaq-böyük səsini kəsir, sərçə də. Adam nə qədər danışar, qapı-pəncərəsi bağlı qonum-qonşunu nə qədər söyər, Allah!

Yoxdu. Hamı rahatdı, sərçə də. Yatıb deyəsən. Amma çox çəkmir ki, dəmir qapısı cırıltı ilə açılır. 150 kiloluq əndamını zorla sürüyüb çinarın altına çatdırır. Hələ yuxuludu, balışın üzünə saldığı qırışlar açılmayıb. Sən yatanda nə gözəl olurmuşsan, qadın! Sən yatanda hər şey gözəl olurmuş!

# 1947 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #