Türkiyənin Yalova şəhərində XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalına start verilib.
Kulis.az xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı tərəfindən təmsil olunur.
Festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda Balkariya və Şimali Osetiyadan, ümumilikdə, 350-dən çox sənətçi iştirak edir.
Tədbirin əsas məqsədi Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.
Qeyd edək ki, ansambl bu gün Türkiyənin Balıkesir vilayətində konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq, avqustun 21-də keçiriləcək Qala konsertində geniş proqramla çıxış edəcəklər.