Azərbaycanda məzarlıqda kitab rəfi quruldu FOTO

Azərbaycanda məzarlıqda kitab rəfi quruldu FOTO
8 may 2015
# 11:49

Azərbaycanda ilk dəfə məzarın yaxınlığında kitab rəfi qurulub. Kitab rəfi ötən ilin yanvar ayında leykoz xəstəliyindən vəfat edən 22 yaşlı Nərmin Həsənlinin məzarının yanındadır.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən mərhumun atası Vüqar Həsənli bildirib ki, qızı BDU-nun kitabxanaçılıq və informatika fakültəsində təhsil alıb: “O leykoz xəstəliyindən əziyyət çəkirdi. 22 yaşında vəfat etdi. Məzarının yanında kitab rəfi qoydurmuşuq. Hər həftə onun Şirvan qəbiristanlığındakı məzarını ziyarət edirik və rəfə kitablar qoyuruq. Kitabların da hər dəfə azaldığının şahidi oluruq”.

V. Həsənli qeyd edib ki, qızı sağlığında 7-8 kitaba redaktorluq edib: “Onun vaxtsız vəfatından çox kədərləndik və arzularını yerinə yetirmək üçün xatirəsinə “Nərmin yayın evi” ni açdıq. Hazırda tərcümələr edib, nəşr etdiririk.

Kitabdan əldə edilən vəsait xərçəng xəstəsi qızlarının müalicəsinə sərf olunur”.

Günel Türksoy

# 1367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #