Bu gün Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.
Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyindən APA-ya verilən məlumata görə, festivalın açılış tədbirlərində “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) filmləri nümayiş olunacaq.
Tamaşaçılar oktyabrın 15-dək digər filmlərə də baxmaq imkanı əldə edəcəklər.
- Qəzetlərə nifrət edən kəndlinin güllələnməsi – RUS HEKAYƏSİ
- II Gəncə kitab sərgisi başladı
- Turan Şükürova: “Təbrizə gedərkən”-Ən qısa hekayə
Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi müxtəlif universitet, mədəniyyət mərkəzləri, o cümlədən, Yunus Emre İnstitutunda filmlərin nümayişini keçirəcək.