Həmyerlimiz beynəlxalq festivalda münsif olacaq

Həmyerlimiz beynəlxalq festivalda münsif olacaq
3 noyabr 2017
# 17:36

Noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində beynəlxalq film festivalı keçiriləcək.

Azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova festivala münsif qismində dəvət olunub. O, festivalın 9 ölkədən 10 filmin yer aldığı qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramının münsiflər heyətinin üzvü olacaq.

Səmayə Əsgərova öncə “3Dost” animasiya studiyası və “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Hazırda “Cinemazadeh” kinoşirkətində prodüserdir. O, həmçinin bir sıra beynəlxalq film festivallarının Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan istehsalı olan “Nar bağı” bədii filmi də cari ildə adıçəkilən festivalın əsas müsabiqə proqramında yer alıb.

# 908 dəfə oxunub

Müəllifin son yazıları

# # #