Məşhur yazıçının əsəri terrora görə tamaşaya qoyulmadı

Məşhur yazıçının əsəri terrora görə tamaşaya qoyulmadı
15 may 2015
# 13:06

Məşhur yazıçının əsəri terrora görə tamaşaya qoyulmadı


Dubrovnikdə keçirilən yay teatr festivalı Mişel Uelbekin “Elementar hissəciklər” romanı əsasında eyniadlı tamaşanın premyerasını təxirə salıb. Kulisin Gazette.ru ya istinadən verdiyi xəbərə görə, buna səbəb tamaşaçıların təhlükəsizliyidir.

İyulda göstəriləcək tamaşanın nümayişi polisin israrı ilə təxirə salınıb. “Düzdür, polislər terror aktı sözünü işlətmədilər, amma təhlükəsizlik deyərkən, məhz bunu nəzərdə tuturlar” – deyə, festivalın mətbuat katibi bildirib. Onun sözlərinə görə, bu qərar üçün səbəb çoxdur; ictimaiyyətin Uelbekin sonuncu romanına verdiyi reaksiya, “Charlie Hebdo”ya hücum və s.

Xatırladaq ki, Uelbekin son “Asılılar” adlı romanı 2015-ci ilin yanvarında çap olunub və səs-küy doğurub. “Charlie Hebdo” jurnalına hücum günü Uelbekin bu romanı ilə bağlı karikatura da dərc olunmuşdu.

“Elementar hissəciklər” isə 2001-ci ildə çap olunub. İnsanın klonlaşdırılmasından bəhs edir. 2006-cı ildə kitab əsasında film çəkilib.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #