Məşhur aktrisaya görə intihar edəcəyini dedi və...

Məşhur aktrisaya görə intihar edəcəyini dedi və...
3 oktyabr 2019
# 13:14

Tiflis sakini aktrisaya olan məhəbbəti ucbatından intihar edəcəyini bildirib.

Kulis.az gürcü mətbuatına istinadən xəbər verir ki, Tiflis sakini aktrisa Eke Çxeidzeyə evlənmədiyi təqdirdə özünü öldürəcəyini bildirib.

Uça Mişvelidze adlı sakin bundan sonra saxlanılıb. Prokurorun verdiyi məlumata görə, o, aktrisa ilə iki ildir yaxından tanışdır. Bütün bu müddət ərzində kişi aktrisadan tələb edib ki, ona ərə gəlsin. Əks təqdirdə özünü öldürəcəyini bəyan edib.

Ən sonuncu təhdidi isə xanım Çxeidzenin evinin yaxınlığında edib. Təzədən yuxarı qalxan aktrisanın qulağına atəş səsləri gəlib və o, polisə zəng edib.

Hadisə yerinə gələn polislər aktrisanın əsəbi fanatını tutub bölməyə aparıblar. Gürcüstan Cinayət Məcəlləsində "məcburiyyət" maddəsi ilə ittiham olunan adam artıq günahını etiraf edib. Bu maddəyə görə, cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, 54 yaşlı Eka Çxeidze, Gürcüstanda məşhur aktrisa, əfsanəvi sovet və gürcü aktrisası Medea Çaxavanın nəvəsidir.

# 2561 dəfə oxunub

Müəllifin son yazıları

# # #