Muğam haqqında qanun layihəsi müzakirəyə çıxarılır

Muğam haqqında qanun layihəsi müzakirəyə çıxarılır
26 yanvar 2018
# 13:42

Uzun müddətdir, müzakirəsi təxirə düşən “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır.

APA-nın məlumatına görə, qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yanvarın 29-da keçiriləcək iclasında müzakirə olunacaq.

“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin ilkin variantı 2011-ci ildə hazırlansa da, müzakirəsi müxtəlif səbəblərdən təxirə salınmışdı.

# 987 dəfə oxunub

Müəllifin son yazıları

# # #