Tramp həm də rəssam imiş: əsəri hərraca çıxarıldı

Tramp həm də rəssam imiş: əsəri hərraca çıxarıldı
25 iyul 2017
# 10:28

Nate D.Sanders hərrac evi ABŞ prezidenti Donald Trampın çəkdiyi rəsmi hərraca çıxarıb.

Kulis.az-ın rus mətbuiatına istinadən verdiyi xəbərə görə, rəsmin ilkin qiyməti 9 min dollar təşkil edir.

Şəkildə Nyu-Yorkun silueti cizilib, mərkəzdə isə Trump Toüer göydələni təsvir olunub. Rəsmin aşağısında qızılı markerlə ABŞ prezidentinin imzası da var.

Bu rəsmin 2005-ci ildə, bir xeyriyyə tədbirində çəkildiyi bildirilir.

Hərrac iyulun 27-də keçiriləcək.

# 955 dəfə oxunub

Müəllifin son yazıları

# # #