Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsilə “Kitab Evi” İctimai Birliyinin “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihəsi əsasında “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitab nəşr olunub.
Kulis.az-ın verdiyi xəbərə görə, kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, bədii redaktor və ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev), qəzəlləri toplayan BAU-nin filologiya fakültəsinin tələbəsi, şair Ümid Nəccari, fars dilindən bədii və sətri tərcümə edən ədəbi tənqidçi, şair, tərcüməçi Dalğa Xatınoğlu, üz qapağındakı şəklin müəllifi şair, rəssam Sehran Allahverdidir.
Kitab “Qanun Nəşriyyatı”nda 250 tirajla nəşr olunub.