Bakıda “Caz axşamı” adlı konsert təşkil olunacaq

Bakıda “Caz axşamı” adlı konsert təşkil olunacaq
29 iyul 2019
# 18:10

“YARAT Freestyle” layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində pianoçu Seymur Əliyevin rəhbərliyi ilə “Caz axşamı” adlı konsert proqramı təşkil olunacaq.

Konsert zamanı qabaqcıl yerli caz musiqiçilərinin ifasında hit olan caz musiqisi səslənəcək.

Konsertdən əvvəl iştirakçılar Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə tanış ola biləcəklər.

Seymur Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin və Finlandiyanın Türkü Musiqi və Rəqs Konservatoriyasının məzunudur. Musiqiçi həm yerli, həm də xarici caz ifaçıları ilə birgə çıxış edir. O, bir çox beynəlxalq və yerli festivalların iştirakçısıdır. /azertag.az/

# 1639 dəfə oxunub

Müəllifin son yazıları

# # #