#

“Kamança” pyesi universitetdə səhnələşdirilib

“Kamança” pyesi universitetdə səhnələşdirilib
21 dekabr 2017
# 12:38

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib.

Universitetdən Kulis.aza verilən xəbərə görə, Səadət Nəbiyevanın rejissorluğu ilə hazırlanan tamaşanı universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələr müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, qeyd edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan xalqının başına gələn müsibətlərin, ağrıların cavabı ola biləcək aksiyadır.

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

# # #