Şuşada Vaqif Poeziya Günləri başladı

Şuşada Vaqif Poeziya Günləri başladı
14 iyul 2022
# 16:20

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

Kulis.az xəbər verir ki, tədbirin açılışını AYB sədri, Xalq yazıçısı Anar edib. Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev çıxış edib.

Tədbir “İgidlərin sözü” layihəsi ilə başlayıb . Bu layihədə II Qarabağ Müharibəsində iştirak etmiş qazi şairlərimiz öz şeirlərini səsləndirib. Layihənin rəhbəri şairə Nigar Həsənzadədir.

Vaqif Poeziya Günləri musiqili proqramla davam edəcək.

15 iyul - tədbirin ikinci günündə poeziya festivalı musiqili proqramla davam edəcək və gənc şairlər öz şeirlərini səsləndirəcək. "SÖZ" ədəbi layihəsinin "Yeni nəfəs" adlanacaq bu proqramının rəhbəri də Nigar Həsənzadədir.

Qeyd edək ki, musiqi proqramları Cıdır düzündə təqdim olunacaq.

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

# # #