Gənc yazar Sahilə İbrahimovanın “Şeyx” romanı Fransada çap olunacaq.
Bu barədə Kulis.aza Strasburda fəaliyyət göstərən “Kapaz” nəşriyyatının rəhbəri Nicat Kazımov məlumat verib. O, bildirib ki, peşəkar mütəxəssislərdən ibarət komissiya tərəfindən yekdilliklə qəbul olunan romanın tərcümə prosesi yaxın vaxtlarda başlayacaq.
Xatırladaq ki, Sahilə İbrahimovanın “Şeyx” romanı Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” və Mübariz Örənin “Ağ buludlar” romanlarından sonra Azərbaycandan bu layihəyə daxil olunan üçüncü kitabdır.