#

Nəsimiyə həsr edilmiş müsabiqə keçirilib

Nəsimiyə həsr edilmiş müsabiqə keçirilib
23 sentyabr 2019
# 18:23

Sentyabrın 22-də, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş intellektual müsabiqə keçirilib.

Müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hərəsindən 2 komanda olmaqla 20 könüllü iştirak edib. Müsabiqədə ilkin olaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Ələsgər Əhmədov çıxışında könüllülərə müsabiqənin qaydaları haqqında ətraflı məlumat verib. Müsabiqə 3 mərhələdən ibarət idi. Yarışma çərçivəsində iştirakçılar Nəsimi ilə bağlı suallara cavab veriblər.

Müsabiqədə fəal iştirak edən 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandaları yarışmadan qalib ayrılıb. Təşkilatçı mərkəzin rəhbərliyi tərəfindən mükafatlandırılıb.

# 2051 dəfə oxunub

Müəllifin son yazıları

# # #