Alla Puqaçovanın konserti keçiriləcək

Alla Puqaçovanın konserti keçiriləcək
19 iyun 2019
# 15:02

Rusiyanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova noyabrın 2-də Minsk şəhərində konsert proqramı ilə çıxış edəcək.

10 illik fasilədən sonra primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq.

Onun “ Milyon -milyon qızılgüllər”, “Arlekino”, “Siz, yuxarıdakılar!” kimi mahnıları rus musiqisinin qızıl fonduna daxil edilib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. /azertag.az/

# 1979 dəfə oxunub

Müəllifin son yazıları

# # #