Aktrisa Elmira Hidayətova vəfat edib

Aktrisa Elmira Hidayətova vəfat edib
14 iyul 2019
# 23:48

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib.

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı “O olmasın, bu olsun”, “Hələlik”, “Bankir adaxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət oyunu”, “Qırmızı papaq”, “Şən dul qadın”, “Əlin cibində olsun” və s. tamaşalarda iştirak etmişdi.

# 2286 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #