Beren Saat Netflixdə seriala çəkilir - Fotolar

Beren Saat Netflixdə seriala çəkilir - <span style="color:red;">Fotolar
26 mart 2019
# 11:07

Amerikanın Netflix şirkəti yeni türk serialının çəkilişlərinə başlayıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Atiyə” adlanan bu layihədə baş rolda məşhur aktrisa Beren Saat oynayır.

Layihənin prodüseri Aleks Sütherlanddır. Ssenarisini Ceyson Corc və Nuran Evren Sit-in yazdığı serialın rejissorları Ozan Açıktan və Gönenç Uyanıkdır.

Səkkiz seriyalı mistik dram janrında çəkilən serialın çəkilişləri İstanbulda başlayıb.

Qeyd edək ki, bu Netflix-dəki ikinci türk telelayihəsidir. Bundan daha əvvəl həmin şirkətdə “Mühafiz” adlı layihə reallaşdırılmışdı.

Xatırladaq ki, Netflix audiovizual məhsullar istehsal edən striminq əsaslı Amerika şirkətidir və yayımlanma kanalı olaraq ödəniş əsasında onlayn xidmət göstərir.

# 3164 dəfə oxunub

Müəllifin son yazıları

# # #